12px13px15px17px
Tarix:12/03/12

Rabitə müəssisələri “Azərpoçt” MMC plastik kartları ilə təmin olunacaq

“Azərpoçt” MMC-nin “Master Card” beynəlxalq ödəniş sisteminə qoşulması prosesi müvəffəqiyyətlə yekunlaşıb. Bu barədə müəssisədən “İCTnews” elektron  xəbər xidmətinə məlumat verilib. Belə ki, artıq bir neçə gündür ki, “MasterCard” loqolu plastik kartların emissiyasına başlanılıb.

Müştərilərin istək və arzularına uyğun olaraq “MasterCard” loqolu plastik kartlar “MC Maestro”, “MC Standard”, “MC Gold”, “MC Platinium” olaraq təsnifləndirilib. Artıq “Azərpoçt”MMC-də poçt sahəsində çalışan işçilərlə yanaşı, digər sahədə çalışanların da plastik kartlarla təmin edilməsi istiqamətində işlər aparılır.

Belə ki, müəssisə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsindən 400 ədəd plastik kartla bağlı sifariş alıb. Bundan başqa digər rabitə və qeyri-rabitə müəssisələrinin plastik kartlarla təmin edilməsi istiqamətində danışıqlar aparılır.



RƏVAN




Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024