12px13px15px17px
Tarix:12/03/12

“Azərpoçt”MMC Gəncədə bankomat quracaq

“Azərpoçt” MMC öz müştərilərinə POS-terminallar və bankomatlar  vasitəsilə xidmət göstərir.  Bankomatlar  Bakı şəhərində, post terminal isə Lerik rayonunun Çayrud kəndində istifadəyə verilib.Müəssisə yaxın günlərdə Gəncədə də yeni bankomat istifadəyə verməyi planlaşdırır.

Bu barədə ictnews  elektron xəbər xidmətinə “Azərpoçt”MMC-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, hazırda bankomatın dislokasiya yeri müəyyənləşdirilir və yaxın günlərdə məsələ öz həllinin tapacaq.Qeyd edək ki, yaxın günlərdə digər bölgələrdə də uyğun işlər həyata keçiriləcək.







RƏVAN




Baxış sayı: 1205

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024