12px13px15px17px
Tarix:05/07/11

Yeni “Mac OS X” rəsmi təqdimatdan əvvəl web- saytlarda yerləşdirilib

“Torrent” saytlarda Lion kod adı altında “Mac OS X 10.7” əməliyyat sisteminin final versiyası çıxıb. Əməliyyat sisteminin rəsmi buraxılışı yaxın həftələrdə baş tutacaq. Şəbəkədə “Golden Master” “Mac OS X 10.7 Lion” adlı quraşdırma yerləşdirilib. "Golden Master" statusu əməliyyat sisteminin bu versiyasının tamamlandığını və istifadəçilərə məhz bu növdə veriləcəyini göstərir. “Mac OS X” üçün proqram istehsalçıları iyul ayının 1-də “Apple”dən “Golden Master” quraşdırmasını əldə ediblər. Onlardan kiminsə internetdə əməliyyat sistemi faylını yerləşdirdiyi güman edilir.
“Mac OS X Lion”un "istifadəçi" versiyası iyul ayında çıxacaq. Əməliyyat sistemi ilk dəfə “Mac App Store” internet mağazası vasitəsilə yayılacaq. Onun qiyməti 30 dollar təşkil edəcək.
Yeni əməliyyat sistemini “Apple” rəhbəri 2010-cu ilin oktyabrında elan edib. Şirkət “Mac OS X 10.7” haqqında daha ətraflı 2011-ci ilin iyun ayında ABŞ-da keçən WWDC konfransında danışıb.



Baxış sayı: 1287

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024