12px13px15px17px
Tarix:12/03/12

Ensiklopediyanın elektron versiyası hazırlana bilər

«Ensiklopediyanın elektron versiyalarının hazırlanması da nəzərdə tutulub. Amma birinci növbədə nəşr olunmuş kitablar satılmalıdır. Onların satışı təşkil olunmalıdır. Kitablar normal satılandan sonra artıq onların elektron versiyasının hazırlanması məsələsi də aktuallaşacaq». Bu fikirləri "İCTnews" elektron xəbər xidmətinə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini Famil Mustafayev söyləyib.

O, adıçəkilən mərkəzin rəsmi internet səhifəsinin hazırlanma prosesinin başa çatmaq üzrə olduğunu vurğulayaraq deyib ki, artıq saytın bir sıra hissələri formalaşdırılıb: «Amma hələlik tam hazır olmağı üçün istifadəyə təqdim olunmayıb. Tam hazır olduqdan sonra, yəni bir sıra xırda yoxlamalar edildikdən sonra yaxın günlərdə istifadəyə veriləcək».

F.Mustafayevin sözlərinə görə, sayt hazır olduqdan sonra burada ensiklopediyanın elektron satışı da təşkil oluna bilər: «Hazırda bu məsələ istiqamətində müəyyən fikirlərimiz və işlərimiz var. Çünki bizim bu dəqiqə nəşr olunmuş kitabların satışı məsələsində bir qədər problemimiz var. Bilirsiniz ki, Azərbaycanda kitab mağazalarının fəaliyyəti bir qədər zəifdir.

Yəqin ki, əhali arasında müəyyən təbliğat işlərinin aparılmasına ehtiyac var. Əvvəllər insanlarda oxumağa meyillilik daha çox olduğu üçün, yaxud elektron versiyada heç nə olmadığı üçün kitab alırdılar. İndi isə kitabı çox çətin alırlar.

Dünyanın bütün ölkələrində, o cümlədən Almaniyada, İngiltərədə və digər dövlətlərdə ensiklopediya çap versiyasında satılır. Baxmayaraq ki, onların hamısının elektron versiyaları da var. Adətən ensiklopediyanın elektron versiyası kitab versiyasından heç də ucuz olmur.

Bu da o deməkdir ki, kitab versiyasını almayan adam elektron versiyasını necə alar? Çünki elektron versiya çox ucuz olsa, onda hamı elektron versiyanı alar. Ona görə də belə problemlər var. Amma bu barədə biz düşünürük və məsələnin həlli istiqamətində müəyyən addımlar atılır».


SEYMUR



Baxış sayı: 1925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024