12px13px15px17px
Tarix:14/03/12

İçərişəhərdə pulsuz “WiFi”

Müasir turizm infrastrukturunun yaradılması çərçivəsində Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “WiFi” şəbəkəsi yaradılıb. Bu barədə «İCTnews» elektron xəbər xidmətinə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin əməkdaşı Arzu Tairquliyeva məlumat verib.

Onun sözlərinə görə, “WiFi” sisteminə mobil telefon vasitəsi ilə qoşularaq audiobələdçi informasiya mənbəyindən pulsuz istifadə etmək olar.

A.Tairquliyeva onu da əlavə edib ki, İçərişəhər ərazisində kabel televiziyasının yaradılması istiqamətində bir müddət əvvəl başlanmış işlər artıq başa çatdırılıb: «Hazırda İçərişəhər ərazisi kabel televiziyası ilə təchiz olunur».


 
SEYMUR
 
 
 




Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024