12px13px15px17px
Tarix:14/03/12

Mobil bot-şəbəkələr gələcəyin əsas kibertəhlükəsidir

Şəbəkə təhlükəsizliyi üzrə mütəxəssislər qeyd edirlər ki, yaxın illərdə internetdə əsas kibertəhlükə virusa yoluxmuş kompyuterlər ilə deyil, smartfon vasitəsi ilə yaradılan mobil bot-şəbəkələr ola bilər. Belə şəbəkələrin aşkar edilməsi hadisələri son zamanlar artmağa başlayıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, mobil bot-şəbəkələri inkişaf etdirmək hakerlər üçün əlverişlidir. Belə ki, əsasən spam göndərilməsi və "DDoS" hücumların həyata keçirilməsi üçün istifadə olunan  ənənəvi kompyuterlərdən fərqli olaraq, onlar pullu qısa nömrələrə "SMS" mesaj göndərilməsi hesabına pul qazanmağa imkan verir.

Məsələn, Çinin "RootSmart" mobil bot-şəbəkəsi 30 minə qədər aktiv smartfondan ibarətdir. Bunun sayəsində "RootSmart" mobil bot-şəbəkəsinin yaradıcıları sabit olaraq milyonlar qazanırlar.

 
EMİL




Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024