12px13px15px17px
Tarix:14/03/12

Azərbaycanın adı “Sərhədsiz Reportyorlar”ın “İnternetin düşmənləri” və “Nəzarətdə olan” ölkələr siyahısında yoxdur

"Sərhədsiz Reportyorlar" təşkilatı tərəfindən 12 mart 2012-ci il tarixində "İnternetin düşmənləri" adlı illik hesabat dərc edilmişdir. Hər il Beynəlxalq Senzura Günü münasibətilə açıqlanan bu hesabatda "İnternetin düşmənləri" və "Nəzarətdə olan" ölkələrin siyahısı hazırlanır və cari vəziyyətə şərhlər verilir.

Hesabatda birinci qrupa 12 ölkə – Bəhreyn, Belarus, Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnam daxil edilmişdir. İkinci qrupda isə Avstraliya, Misir, Eritreya, Fransa, Hindistan, Qazaxıstan, Malayziya, Rusiya, Cənubi Koreya, Şri-Lanka, Tayland, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yer almışdır.

Göründüyü kimi, Azərbaycan bu siyahılara daxil deyildir. 72 səhifəlik hesabatda ölkəmizin adı cəmi bir dəfə, hesabatın son sətirlərində qeyd olunmuşdur və ümumi olaraq bildirilmişdir ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onlayn informasiya azadlığının vəziyyəti diqqətdə saxlanılacaqdır.

Bütün bunlara baxmayaraq, bəzi yerli mətbuatda ölkəmizin internetin düşmənləri siyahısında olduğu barədə yalan məlumat yayılmaqdadır.

Ümumilikdə isə Azərbaycanın adı 2002-ci ildən bəri internetin düşmənləri siyahısında sadalanmır və ölkəmizdə internetin istifadəsi gündən-günə genişlənir. 2011-ci ilin məlumatlarına əsasən, ölkəmizdə internet istifadəçilərinin sayı 65% yüksəlmişdir və onlardan yarısı genişzolaqlı xidmət istifadəçiləridir. Milli domendə qeydiyyata alınmış saytların sayı 14 minə yaxındır, bloqların sayı minlərlədir, "Facebook" istifadəçilərinin sayı 800 minə çatmaqdadır.
 
 




Baxış sayı: 1289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024