12px13px15px17px
Tarix:15/03/12

Haker qruplaşmasının öz stolüstü əməliyyat sistemi var?

“Anonymous” haker qruplaşması “Anonymous Dekstop OS” adlı öz stolüstü əməliyyat sisteminə malik olub. Əməliyyat sistemində saytlarda boşluqların axtarılması, “DOS” hücum simulyasiyası və digər hərəkətlərin yerinə yetirilməsi üçün həllər mövcuddur. Lakin, “Anonymous” haker qruplaşması bildirib ki, hazırlanmış stolüstü mühitin onlarla heç bir əlaqəsi yoxdur.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Anonymous OS” əməliyyat sistemi (ƏS) “Ubuntu” ƏS-nin üzərindən işləyir və “MATE” adlı qrafik interfeysdən ibarətdir. Hazırlamanı yükləməklə “Ubuntu” ƏS-nin  istifadəçiləri “DOS Ddosim” simulyatoru, “SQL Poison” eksploit skaneri, şifrələrin qırılması üçün “John the Ripper” və bir sıra digər proqramlardan istifadə edə bilərlər.

Hazırlama yaradıcıları (http://anonymous-os.tumblr.com) qeyd ediblər ki, onların hazırlaması maarifləndirici məqsəd, həmçinin saytların boşluqlar üzrə yoxlanılması üçün nəzərdə tutulub.
 
EMİL
 




Baxış sayı: 1537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024