12px13px15px17px
Tarix:15/03/12

İstifadəçilərin əksəriyyəti 4 - 4.5 düymlü ekrana malik smartfonlara maraq göstərir

“Strategy Analytics” şirkətinin mütəxəssisləri aydınlaşdırıblar ki, əksər potensial alıcıların fikrinə görə, ideal smartfon böyük ekrana malik olmalıdır. Mütəxəssislər sorğuda iştirak edənlərin fikrinə əsasən qeyd ediblər ki, smartfonun ekranı 4 - 4,5 düymlü diaqonallı, həmçinin nazik olmalıdır.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bundan əlavə, məlum olub ki, qurğu ölçüsünə görə nə qədər yığcamdırsa,  qadınları bir o qədər çox özünə cəlb edir.

Mütəxəssislərin fikrinə görə, böyük ekrana malik smartfon istəmək arzusu tamamilə məntiqidir. Belə ki, son zamanlar smartfonlar yalnız zəng və SMS üçün deyil, internet, onlayn oyun,  video və s. məqsədlə istifadə edilir.


 
EMİL




Baxış sayı: 1226

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024