12px13px15px17px
Tarix:16/03/12

İKT-dən istifadə imkanlarını araşdıran TPİ test yoxlamaları üçün məlumat bazası yaradıb

Təhsil Problemləri İnstitutunda (TPİ) Tətbiqi Tədqiqatlar Mərkəzində Tədqiqatların İKT təminatı şöbəsi yeni fənn kurikulumlarının tətbiqi  ilə bağlı tədqiqat işləri aparılıb. Tədqiqatlarda İKT-dən istifadə imkanları araşdırılıb, test yoxlamaları üçün müvafiq məlumat bazası yaradılıb.

Bazaya - testin keçirildiyi yer, neçənci sinif, şagirdlərin yaşı, söz ehtiyatı, ümumləşdirmə qabiliyyəti, riyazi qabiliyyət, kombinator təfəkkür, diqqətlilik və mənimsənilmiş materialların yadda saxlanılması, şagirdlərin cavabları ilə düzgün cavablar arasında müqayisə, düzgün cavablar, eləcə də son vaxtda baş vermiş ən əlamətdar hadisələr kimi məlumatlar yerləşdirilib. Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə adıçəkilən şöbənin müdiri Ruhiyyə Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, ötən müddətdə şöbədə ümumtəhsil məktəbləri üçün riyaziyyat və informatikadan seçmə fənlərə ayrılmış mümkün hesab olunan saatlara uyğun fənn proqramları da hazırlanıb: ”I-IV siniflərdə, həmçinin X-XI siniflərdə yeni proqramla işləyəcək müəllimlərin hazırlığı məqsədilə proqramlar tərtib edilib və çap olunub. İnformatika müəllimləri üçün kurslar və treninqlər təşkil edilib, 68 saatlıq proqram üzrə kurs başa çatdıqdan sonra informatika müəllimlərinə sertifikat verilib”.   
 
HƏQİQƏT




Baxış sayı: 1428

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024