12px13px15px17px
Tarix:16/03/12

Virtual ödəmə kartı əldə edərək sınaq imtahanlarında iştirak etmək olacaq

Aprelin 8-də ali məktəblərə hazırlaşanlara kömək məqsədilə ilk sınaq imtahanları təşkil olunacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi bu imtahanlara yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, ödəmə kartlarını "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın internet saytından ödəmə etməklə də əldə edə bilər.




 
HƏQİQƏT




Baxış sayı: 1062

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024