12px13px15px17px
Tarix:16/03/12

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi elektron xidmətlərin sayını 60-a qədər artırmağı planlaşdırır

«Elektron xidmətlərlə bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində «Elektron xidmət» bölməsi yaradılıb. Hazırda 11 xidmət üzrə fəaliyyət göstərilir». Bu fikirləri “İCTnews” elektron xəbər xidmətinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynov söyləyib.

O bildirib ki, QKDK-da 60-a yaxın elektron xidmətlərin göstərilməsi nəzərdə tutulub: «Mütəmadi olaraq bu istiqamətdə işlər aparılır. Elektron xidmətlərin sayı da get-gedə artırılacaq. Bunun üçün də müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təkliflər verilib. Yəni hazırda bu istiqamətdə birgə işbirliyi gedir.

Yeri gəlmişkən, deyim ki, elektron xidmətlərə qiymətli kağızlar bazarında lisenziyanın verilməsi, insanların komitəyə elektron müraciətləri, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin elektronlaşdırılması kimi məsələlər qarşımıza qoyulub və bu istiqamətdə də bir sıra addımlar atılıb. Onlardan artıq bəziləri formalaşdırılıb».
 
SEYMUR 




Baxış sayı: 1094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024