12px13px15px17px
Tarix:17/03/12

Bir mesajla limitsiz interneti əldə etmək mümkün oldu

İndi Azercell abonentləri mobil internetdən daha asan yararlana bilərlər. Bu gündən  etibarən “Azercell” abonentləri bəzi məkanlarda qurulmuş Wi-Fi şəbəkəsindən istifadə edə bilərlər.
Konkret yerlərdə Wi-Fi xidmətindən limitsiz olaraq istifadə etmək üçün sadəcə 9434 qısa nömrəsinə müvafiq açar sözünü göndərmək lazımdır.

Bu zaman açar sözü əvəzi abonentin şəbəkədə işləmək üçün seçdiyi müddət yazılır. Bu, 3 saat, 1 gun, 7 gun və ya 30 gun sözləri ola bilər. Cavab mesajında abonentlərə göndərilən istifadəçi adı və şifrə vasitəsilə Azercel Wi-Fi  şəbəkəsinə qoşulmaq mümkündür.
Xidmət üçün tarif abonentin öz istəyinə uyğun olaraq hesablanır.

Belə ki, 3 saatlıq  Wi-Fi şəbəkəsi üçün – 1 azn, 1 sutkalıq – 2 azn, 1 həftəlik – 7 azn, 1 ay şəbəkədə istifadə üçün isə 19 azn ödəmək lazımdır. 9434 qısa nömrəsinə göndərilən istək mesajının qiyməti 1 qəpikdir. Abonent aldığı istifadəçi adı ilə şəbəkəyə ilk dəfə qoşulduğu andan onun seçdiyi müddət hesablanmağa başlayır. Lakin eyni istifadəçi adı ilə eyni vaxtda bir neçə cihazdan şəbəkəyə qoşulmaq mümkün deyil.

Hazırda Park Bulvar ticarət mərkəzində, Xəzər və Qafqaz Universitetlərində Azercell Wi-Fi  şəbəkəsi mövcuddur. Bu ərazilərdə olan abonentlər istənilən an şəbəkəyə qoşulub sürətli və keyfiyyətli internet xidmətlərindən yararlanar, limitsiz trafikin üstünlüyündən istifadə edə bilərlər.
 




Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024