12px13px15px17px
Tarix:17/03/12

Dünya təcrübəsində sınaqdan çıxmış innovasiyaların ölkənin peşə təhsilində tətbiqinə başlanılıb

Azərbaycanda texniki-peşə təhsilinin yenidən qurulması və beynəlxalq standartlara uyğunlaşdırılması işləri davam etdirilir. Bu məqsədlə dünya təcrübəsində sınaqdan çıxmış innovasiyaların ölkənin peşə təhsilində tətbiqinə başlanıb. Hazırda beynəlxalq təşkilatlarla birgə bu istiqamətdə 10-a yaxın layihə həyata keçirilməkdədir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, qoyulan məqsədə çatmaq üçün “Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində bir sıra işlər də görülüb. Belə ki, müəyyən peşələr üzrə müasir tələblərə cavab verən təhsil proqramları (kurrikulumları) hazırlanıb, peşə-ixtisas təsnifatı yeniləşdirilib.

Təhsil tarixində ilk dəfə olaraq ayrı-ayrı peşələr üzrə 38  adda milli dərslik tərtib edilib. 32 adda tədris-əyani vəsait hazırlanıb istifadəyə verilib. Texniki-peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsini hədəfə alan nazirlik tərəfindən son illər 2 yeni peşə-tədris mərkəzi və 1 peşə liseyi istifadəyə verilib.
 
HƏQİQƏT




Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024