12px13px15px17px
Tarix:19/03/12

“Aztelekom” İB bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Aztelekom” İstehsalat Birliyi Novruz bayramı günlərində abunəçilərin rabitə şəbəkəsindən, o cümlədən genişzolaqlı internet xidmətindən keyfiyyətli və fasiləsiz olaraq istifadəsini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birlikdən  məlumat verilib. Bununla əlaqədar birlik tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Belə ki, bütün tabeli strukturlara qazıntı və təmir-tikinti işlərinin dayandırılması, mühafizə xidmətinin gücləndirilməsi və regional qəza xidməti briqadalarının baş verə biləcək qəza hallarının operativ aradan qaldırılması üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bayram günlərində “Aztelekom” İB-də və qovşaqlarda əlavə məsul növbətçilərin sayı artırılmaqla yanaşı birliyin Operativ idarəetmə şöbəsinin dispetçer xidməti xüsusi iş rejimində çalışacaq.  Görülən tədbirlər nəticəsində bayram günlərində əhaliyə dayanıqlı və keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi təmin olunacaq.


CAHANGİR




Baxış sayı: 940

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024