12px13px15px17px
Tarix:19/03/12

Baş nazir Artur Rəsizadə: “Görülən işlər bu ilin sonunda ilk süni peykin orbitə çıxarılmasına imkan verəcəkdir”

Milli Məclisin növbəti iclasında  Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

Müzakirəyə təqdim olunan hesabatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilib.

Hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə rabitə və informasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan danışaraq, "Elektron Azərbaycan" və "Elektron hökumət" proqramlarının icrası haqda məlumat vermiş və  bildirmişdir ki, bu istiqamətdə işlər  uğurla davam etdirilmiş, elektron imzanın tətbiqi üzrə infrastruktur qurulmuş, dövlət orqanlarına və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

"2011-ci ildə Azərbaycanda internet istifadəçilərinin sıxlığı 65 faizi ötmüşdür ki, bu da ümumdünya orta göstəricilərindən iki dəfə çoxdur. Kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq Dövlət Proqramına uyğun görülən işlər artıq bu ilin sonunda ilk süni peykin orbitə çıxarılmasına imkan verəcəkdir".




Baxış sayı: 1579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024