12px13px15px17px
Tarix:19/03/12

Novruz Bayramı münasibətilə TƏBRİK

Əziz rabitəçilər!
 
Sizi xalqımızın qədim və əziz bayramı olan Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm jansağlığı və xoşbəxtlik arzulayıram!

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.

Ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət insanlarımızı yeniliklərə və həvəslə çalışmağa sövq edir. Bunun nəticəsidir ki, bu gün digər sahələrdə olduğu kimi, telekommunikasiya və informasiya-texnologiyaları sektorunda da dinamik inkişaf tendensiyası müşahidə olunur. Azərbaycan rabitəçiləri də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı tədbirlərdə yaxından iştirak edərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Əlamətdar bayram münasibəti ilə bir daha Sizi təbrik edirəm. Qoy  bu əziz bayram hər bir rabitəçi ailəsinə gözəl əhval-ruhiyyə və yeni mücdələr bəxş etsin!
 
Bayramınız mübarək!
 
 
Əli Abbasov
Rabitə və informasiya texnologiyaları naziri    
 
 
 
 
 
 




Baxış sayı: 1679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024