12px13px15px17px
Tarix:19/03/12

“Azərekspresspoçt” RM Səhiyyənin İnformasiyalaşdırılma Mərkəzi ilə əməkdaşlığa başlayıb

Azərpoçt MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi ilə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılma Mərkəzi arasında müqavilə bağlanıb.  Bu barədə "İCTnews" elektron xəbər xidmətinə müəssisədən məlumat verilib.

Müqavilənin şərtlərinə görə, mərkəzin sifarişinə əsasən "Azərekspresspoçt" RM tərəfindən  EMS-Express Mail Service ( göndərişlərin təcili çatdırılması xidməti ) və kuryer göndərişlərinin qəbulu, işlənməsi, daşınması və ünvançılara çatdırılması təmin olunacaq.

 Müəssisə EMS və kuryer göndərişlərini EMS şəbəkəsi vasitəsilə operativ olaraq xaricdə və respublika daxilində yerləşən ünvançılara çatdırılmasını Qiymət və Çatdırma Bilgisində nəzərdə tutulmuş çatdırma müddətlərinə uyğun olaraq həyata keçirəcək.




CAHANGİR




Baxış sayı: 963

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020