12px13px15px17px
Tarix:27/03/12

İngilis dilinin tədrisində elektron tədris resurslarından istifadə imkanları genişlənir

"British Council" və "Mədəd Azərbaycan" ingilis dilinin tədris prosesində elektron tədris resurslarından istifadəsi istiqamətində müəllimlərin imkanlarını genişləndirmək məqsədi ilə birgə layihəyə imza atıblar. Layihə müvafiq peşəkar inkişaf imkanları vasitəsilə ingilis dilinin öyrənilməsi və tədrisi üzrə "British Council"un resursları haqqında 200 müəllimin və 500 tələbənin biliklərini artıracaq. 2012-ci ildə keçirilməsi nəzərdə tutulan pilot layihə çərçivəsində Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevirdən olan müəllimlər faydalanacaqlar.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Mədəd" təşkilatından məlumat verilib. Təşkilatdan bildirilib ki, layihə iştirakçıları təhsildə ingilis dilinin tədrisində elektron resurslardan istifadə edilməsi haqqında yeni üsulların öyrənməsi və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə bir sıra təlim sessiyalarında iştirak edəcəklər.

Təlimdən sonra müəllimlər "British Council" və "Mədəd Azərbaycan" tərəfindən dəstəklənən onlayn ünsiyyət vasitələrinin köməyi ilə təcrübələrini bölüşmək və şəbəkələşmək imkanı əldə edəcəklər. Belə ki, "British Council"un bu innovativ tədris resursları gündəlik sinif fəaliyyətinə inteqrasiya olunacaq.

Təşkilatdan qeyd edilib ki, layihənin əsas məqsədi müəllimlər tərəfindən müxtəlif vasitələrin köməyi ilə məlumatların əldə edilməsinə yönəldilib: "Artıq bu gün müəllimlərin hər hansı bir materialı əldə etməsi üçün iş yerindən uzaqlaşmağa ehtiyac yoxdur, onlar istənilən vaxt şəbəkə və identifikasiya üsulları vasitəsilə birbaşa onlayn kitabxana resurslarına və xidmətlərinə daxil ola bilərlər. Məhz buna görə məlumat açıq, etibarlı, düzgün formada olmalıdır".
 
HƏQİQƏT




Baxış sayı: 1195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024