12px13px15px17px
Tarix:28/03/12

“Facebook” biznesi üçün təhlükə yarandığını qeyd edib

“Facebook” sosial şəbəkəsini 10 patentlənmiş texnologiyanın qanunsuz istifadəsində ittiham edən “Yahoo” internet-şirkətinin iddiası sosial şəbəkənin biznesinə maddi ziyan vura bilər. Bu barədə “Facebook” tərəfindən ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına verilmiş sənədlərdə qeyd edilib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Yahoo” 2012-ci il martın 12-də  “Facebook” sosial şəbəkəsinə qarşı iddia irəli sürüb. “Facebook” sosial şəbəkəsi bununla əlaqədar öz patent portfoliosunu gücləndirmək üçün yaxın günlərdə “IBM” korporasiyasından 750 patent satın alıb.

Məlumat üçün bildirim ki, “Facebook” sosial şəbəkə sahəsində liderliyini qoruyub saxlayır və maliyyə göstəricilərini artırmağa davam edir. 2011-ci ildə “Facebook” 1 milyard dollar həcmində xalis mənfəət qazanıb, bu isə 2010-cu ilin göstəricilərini 65% ötür. Bu halda keçən il ərzində şirkətin mənfəəti 88% artıb və 3,7 milyard dolları ötüb.


 
EMİL




Baxış sayı: 1477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024