12px13px15px17px
Tarix:28/03/12

“Facebook”da "düşmənlərin siyahısı"

"Facebook" istifadəçilərinin sevmədiyi  şeyləri qeyd etmək imkanı yaranıb.Bu alət hələ sosial şəbəkənin standart funksionalına daxil deyil. Bunun üçün "Enemygraph" proqramını quraşdırmaq lazımdır. Burada  sevmədiyiniz insanların, kitabların və ya filmlərin adını şəxsi məlumatda "düşmənlərin siyahısı"na əlavə etmək olar.

"Enemygraph" saytında "antireytinqe"-də belə adlar sırasında indi Rik Santorumun (Respublika Partiyasından ABŞ prezidentliyinə namizəd), Baptist kilsəsi Uestboronun və "Fox News" telekanalının adları liderlik edir.

Əlavəni professor Dina Terri və Dallasda Texas Universitetindən iki tələbə hazırlayıblar.
Terri bildirmişdir ki, "Facebook"da "dost" sözündən necə istifadə edilirsə, biz də "düşmən" sözünü eyniliklə ifadə etmişik.

Onun sözlərinə görə, "Enemygraph" tədqiqatçılar və marketoloqlar üçün faydalı alət olacaq, çünki  sosial şəbəkələrin istifadəçilərinin nələri xoşladıqlarını araşdırıb məlumat toplamaqla yanaşı, onların bəyənmədiklərini  və nəyə məyus olduqlarını bilməklə də sosial şəbəkələrin istifadəçiləri haqqında çox şey öyrənə bilərlər.


GÜLNAR



Baxış sayı: 1528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024