12px13px15px17px
Tarix:28/03/12

Azərbaycan müəllimləri innovativ layihələrini təqdim edəcəklər

“Avropa Təhsildə Əməkdaşlıq Forumu”na "Gəlin planetimizi birlikdə qoruyaq" innovativ tədris layihəsi ilə qatılan Azərbaycanın innovativ müəllimləri - Azərbaycan Dillər Universitetinin müəllimi Gülbəniz Camalova və Bakının 55 saylı məktəbinin müəllimi Nailə Həsənova “Sinifdənkənar tədris” (Extending Learning beyond the Classroom) nominasiyası üzrə III yerə layiq görülüblər. Qaliblər sırasında Azərbaycan müəllimləri Avropanı “Ümumdünya Təhsildə Əməkdaşlıq Forumu”nda təmsil edəcəklər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, “Ümumdünya Təhsildə Əməkdaşlıq Forumu” 2012-ci ilin noyabr ayında Yunanıstanın Afina şəhərində keçiriləcək. “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə Əməkdaşlıq Proqramı” üzrə əlaqələndiricisi Emin Axundovun sözlərinə görə, layihənin ən önəmli xüsusiyyəti orta məktəb və universitet müəllimlərinin pedaqoji tədrisin keyfiyyətinin artırılmasına xidmət etməsidir: ”Layihə çərçivəsində əldə edilmiş təcrübə pedaqoji fakültələr olan ali məktəblərdə müvəffəqiyyətlə tətbiq edilə bilər.

Qeyd edim ki, Azərbaycan müəllimləri Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən 2012-cu ilin “Avropa Təhsildə Əməkdaşlıq Forumu”nda iştirak ediblər. “Microsoft” korporasiyası tərəfindən keçirilən “Avropa Təhsildə Əməkdaşlıq Forumu”nda 40 ölkədən olan müəllimlərin təqdim etdiyi 80-dən artıq layihə iştirak edib”.

Gülbəniz Camalova və Nailə Həsənova ilə yanaşı, Azərbaycanı bu müsabiqədə Bakı Avropa Liseyinin müəllimi Kəmalə Cəfərzadə də təmsil edib. Belə ki, ölkəmizi təmsil edən iştirakçılar Azərbaycanda “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı”nın dəstəyi ilə "Microsoft Azərbaycan" və "Mədəd Azərbaycan" tərəfindən keçirilən müsabiqənin qalibləri olublar. Onların beynəlxalq foruma təqdim etdiyi və fəal təlim metodlarına əsaslanan innovativ layihələri ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə edib.
 
HƏQİQƏT
 




Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Avqust 2020

06/08/20
“Huawei GameCenter” oyun mərkəzi analoji “Google” servisini əvəzləyəcək

“Huawei” şirkəti “GameCenter” oyun platformasını istifadəyə verib.

06/08/20
Korporativ sektorun İT sahəsində xərcləri azalıb

“Gartner” şirkəti bu il üçün korporativ informasiya texnologiyaları bazarının inkişafı üzrə yeni proqnoz

06/08/20
Yeni “Samsung” məhsulları təqdim olunub

“Samsung Electronics” şirkəti onlayn təqdimat zamanı bir neçə yeni qurğu təqdim edib. Nümayiş olunan məhs

05 08 2020

05/08/20
Operatorlar “5G” internetin real sürətini açıqlayıblar

Dördüncü nəsil mobil şəbəkələrlə müqayisədə “5G” baza stansiyaları qoşulma sürətinin xeyli

05/08/20
Göydələnlərdə alovla mübarizə aparan yanğınsöndürən dron təqdim edilib

Hava taksisi kimi istifadə edilməsi planlaşdırılan sürücüsüz idarə olunan sərnişin dronu ilə tanınan Çini

05/08/20
“Google” smartfonlar üçün “Nearby Sharing” fayl paylaşma texnologiyasını istifadəyə verib

Bir neçə ay davam edən sınaqlardan sonra “Google” şirkəti “iPhone” smartfonlarında populyar olan

05/08/20
“Toshiba” 320 milyon dollar dəyərində yeni elmi tədqiqat mərkəzi tikəcək

“Toshiba” şirkəti Yaponiyada süni intellekt və kibertəhlükəsizlik texnologiyalarının hazırlanmasında ixti

05/08/20
“LG” şirkəti ən yeni “OLED” ekran texnologiyalarını nümayiş etdirib

Cənubi Koreyanın “LG” şirkəti “Society for Information Display” (SID) virtual konfransı çərçivəsində ü

05/08/20
Kompüter “maus”unun ixtiraçısı dünyasını dəyişib

ABŞ-da ilk kompüter “maus”unun yaradıcılarından biri olan Uilyam İnqliş 92 yaşında nəfəs çatışmazlığından

05/08/20
“Samsung” Çində fərdi kompüterlər istehsalını dayandırır

“Samsung Electronics” şirkəti fərdi kompüterlərin istehsalını Vyetnama köçürməsi ilə əlaqədar Çində onl

05/08/20
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktel

05/08/20
“iPhone 12” smartfonu hissə-hissə buraxılacaq

Yeni “Apple” smartfonları satışa hissə-hissə çıxarılacaq. Bu barədə “MacRumors” nəşrinin “DigiTimes”