12px13px15px17px
Tarix:29/03/12

“Elektron məktəb”lərin sayı 1000-ə çatdırılacaq

Təhsil Nazirliyinin yaxın gələcək üçün İKT sahəsində əsas hədəflərindən biri “Elektron məktəb”lərin sayının 1000-ə çatdırılmasıdır. Bundan başqa, ümumtəhsil məktəblərin hər bir sinif otağının 1 noutbuk və 1 proyektorla təmin edilməsi, hər şagirdə 1 netbuk və ya 1 planşetin verilməsi proqramının reallaşdırılması da qarşıda görüləcək işlər sırasındadır.

Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bütün təhsil müəssisələrinin internetə qoşulması ilə yanaşı, hər bir təhsil müəssisəsinin müasir tələblərə cavab verən İKT avadanlıqları ilə müntəzəm olaraq təmin edilməsi və bu əsasda təhsilin informasiya təminatının reallaşdırılması da hədəflərə daxildir. Nazirliyin qarşısında duran digər məsələlər hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılması və onun resurs bazasının formalaşdırılmasıdır.

Eyni zamanda, bütün təhsil pillələri üzrə Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) əsasında  hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və müntəzəm yeniləşməsinin təmin edilməsi nəzərdə tutulur.

Nazirlik təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiq edilməsini də planlaşdırır. İKT sahəsində əsas hədəflərə özünütəhsil və ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi (elektron kitabxana), rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi də daxildir.

Bu istiqamətdə atılacaq növbəti addımlar təhsil müəssisələrində məlumat bazalarının, məzun-koordinasiya-informasiya sistemlərinin yaradılması, onların mütəmadi yeniləşdirilməsi və idarəetmə prosesində istifadəsinin təmin edilməsi, eləcə də təhsilin idarə edilməsi sahəsində elektron xidmətlərin geniş tətbiqinə nail olunmasıdır.
 
HƏQİQƏT




Baxış sayı: 1355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024