12px13px15px17px
Tarix:29/03/12

Öz biznesini qurmaq istəyənlərə elektron ticarətlə bağlı treninq keçirilib

Martın 29-da İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində gənclər üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, “SWOT”-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Bundan başqa, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış “www.b2b.az” elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.
 
HƏQİQƏT




Baxış sayı: 1405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024