12px13px15px17px
Tarix:31/03/12

50 məktəblinin beyni skan edilib

Riyaziyyatı pis bilən uşaqların beyni həyəcan yarandığı təqdirdə işləmə mexanizmini tamamilə dəyişir. Bununla bağlı ABŞ-ın Stenford Universitetinin tibb məktəbində araşdırma aparılıb. Onlar sübut ediblər ki, ikinci və üçüncü sinif şagirdlərinin beyinlərinin skan edilməsi zamanı tənliyin bir növü beyni təşviş və qorxu ilə bağlı aktivliyə təhrik edir. Bu zaman beynin riyazi tapşırığın həllinə görə cavabdeh olan hissəsinin aktivliyi azalır.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə danışan professor Vinod Menon 50-yə yaxın məktəblinin beyninin skan edildiyini bildirib. Onun sözlərinə görə, bundan sonra riyazi tapşırığın doğurduğu həyəcanın dərəcəsi sual vərəqələri və testlərlə qiymətləndirilib: "Qeyd etmək lazımdır ki, bu fenomen 50 il bundan əvvəl aşkar edilib. Lakin indiyədək heç kim adamların nə üçün riyaziyyatdan qorxduqlarını araşdırmağa cəhd göstərməyib".

Professor əlavə edib ki, neyrobiologiya baxımından riyaziyyat qarşısında qorxu başqa qorxulara oxşayır.
Ekspertlərin sözlərinə görə, güclü həyəcan keçirən uşaqlar həyəcanlanma göstəricisi daha az olanlarla müqayisədə daha az dəqiq olmaları və tapşırıqları yavaş həll etmələri ilə fərqlənirlər.

Yəni qorxu beynin qoyulmuş məsələni həll etmək qabiliyyəti ilə birlikdə informasiyanı emal etmək qabiliyyətini tormozlayır. Bunun təkamül mexanizminin bir hissəsi olması mümkündür. Belə ki, o, daxili səbəblərdən törəyən təhlükə şəraitində beyni intuisiya əsasında hərəkət etməyə məcbur edir.
 
SEYMUR
 
 
 




Baxış sayı: 1286

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2022

15 08 2022