12px13px15px17px
Tarix:31/03/12

O, Stiv Cobsu rədd edib

“Linux” əməliyyat sisteminin atası kimi tanınan  Linus Torvalds haqqında maraqlı bir detal ortaya çıxıb. Belə ki, Torvalds, ilk dəfə 2000-ci ildə Steve Cobsla tanış olub və “Apple” rəhbəri ona əməkdaşlıq  təklif edib.

L.Torvalds isə bu təklifi rədd edib. L.Torvalds reportajlarının birində  bildirir ki;  “məndən “Linux” əməliyyat sistemi üzərində işimi dayandırmağı və fərqli layihələr hazırlamağımı istəyirdilər. “Apple”-da işi qəbul edib “Linux”dan imtina etməyim isə mümkünsüz idi".

Məlumat üçün qeyd edək ki, Linux, bu gün, “Android” və “Chrome” kimi  bir çox əməliyyat sisteminin əsasını təşkil edir. Əgər Torvalds 2000-ci ildə “Linux”u “tərk etsəydi”, bu gün texnologiya dünyası həmin əməliyyat sistemlərindən bixəbər olardı.




Baxış sayı: 1536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024