12px13px15px17px
Tarix:02/04/12

iPhone, iPad və iPod Touch üçün Bakı haqqında yeni əlavə hazırlanıb

"Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində iPhone, iPad və iPod Touch mobil qurğuları üçün Taste of Baku (Вakının dadı) adlı yeni əlavə hazırlanıb.

Əlavə Bakının restoranları, kafeləri, klubları, barları, çay və qəhvə evləri üzrə interaktiv bələdçi rolunu oynayır, eləcə də istənilən ərazi üzrə marşrut qurmağa və yaxınlıqda yerləşən lazımi yerləri tapmağa, müxtəlif obyektlər haqqında dolğun məlumat əldə etməyə, birbaşa zəng etməyə, mesaj göndərməyə, web səhifələrə daxil olmağa və sosial şəbəkələri izləməyə kömək edir.

Proqram həm aktiv internet bağlantısı, həm də internet olmadan işləyir. Əlavəni şəbəkənin əhatə zonasında bir dəfə işə salmaqla yenilənmiş məlumatlar dərhal yüklənir.

"Taste of Baku Azərbaycan" ingilis, rus dillərini dəstəkləyir. Qeyd edək ki, əlavə pulsuzdur və onu iTunes Store-danyükləmək mümkündür.



Baxış sayı: 1172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024