12px13px15px17px
Tarix:02/04/12

Elektron kitablara tələbat artır

Amerika Naşirlər Assosiasiyası 2012-ci ilin yanvarında ABŞ-da elektron kitabların satış həcmini qiymətləndirib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, hesablamalara görə, elektron formada hazırlanan əsərlərə olan tələbat getdikcə artmaqdadır.

Məsələn, böyük auditoriya üçün rəqəmli formatda hazırlanan kitablar sayəsində 99,5 milyon dollar əldə edilib. Uşaq və gənc auditoriya üçün nəzərdə tutulmuş elektron kitablara olan tələbat isə 475,1% artıb. Əgər keçən ilin yanvarında bu kateqoriya üzrə əldə olunan mənfəət 3,9 milyon dollar təşkil edirdisə, hazırda isə 22,6 milyon dollara bərabərdir.

Rəqəmli formatda hazırlanmış dini xarakterli ədəbiyyat sayəsində 6.7 milyon dollar əldə edilib. 2011-ci il yanvar ayı ilə müqayisədə artım 150,7% təşkil edib.

EMİL



Baxış sayı: 1558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024