12px13px15px17px
Tarix:02/04/12

Çində 50 dollarlıq “Android” planşet satışa çıxarılıb

Bir çox istehsalçılar yaxın gələcəkdə satışa ucuz planşetlərin çıxarılacağına  söz veriblər. Lakin artıq belə qurğunu Çində satın almaq mümkündür. Planşetin qiyməti 51 dollar təşkil edir. Qurğu 800×400 nöqtə təsvir ölçüsünə malik 7 düymlü sensor ekranla təchiz edilib. Əməliyyat sistemi kimi "Android 2.3" quraşdırılıb.

"İCTnews" elektron xəbər xidməti bildirir ki, "ESER" adlı planşet 512 MB əməli yaddaş, 4 QB daxili yaddaş və "Allwinner A10 ARM Cortex-A8" prosessoru ilə təchiz edilib.

Planşet, həmçinin videoçatda ünsiyyət saxlamaq üçün ön kamera, "HDMI" və "USB" portları, qulaqlıqlar üçün yuvalar və "microSD" kartı ilə təchiz edilib.
 







 




EMİL




Baxış sayı: 1562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024