12px13px15px17px
Tarix:02/04/12

“Android” qurğularından silinmiş fərdi məlumatlar bərpa oluna bilər

Fərdi məlumatları qurğuda nəzərdə tutulmuş xüsusi prosedur vasitəsilə  sildikdən sonra belə, “Android” qurğularda olan informasiyanın bəzi hissəsi saxlanıla bilər. Bu barədə fərdi məlumatların oğurlanması məsələləri üzrə mütəxəssis Robert Siçilian xəbərdarlıq edib. Mütəxəssis müxtəlif mobil platformaların təhlükəsizlik səviyyəsini yoxlamaq üçün populyar “Craigslist 30” elektron elanlar saytından 30 ədəd köhnə qurğu, əsasən smartfon və noutbuklar satın alıb.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, mütəxəssisin apardığı araşdırmalar nəticəsində bəzi insanların ehtiyatsız olduğu və öz qurğularını satmazdan əvvəl lazımi tədbirlər görmədikləri məlum olub. Lakin Robert Siçilianı narahat edən əsas məsələ odur ki, o, əvvəlki sahiblərinin faylları sildiyi həmin qurğulardakı məlumatları qismən bərpa edə bilib.

Aparılmış sınaqlar nəticəsində məlum olub ki, “BlackBerry“ və “iOS” smartfonlarının sahibləri özlərini daha təhlükəsiz hiss edə bilərlər. Belə ki, istehsalçının tövsiyələrinə riayət etməklə həyata keçirilən faylların silinməsi prosedurundan sonra kibercinayətkarlar, çətin ki, onları bərpa edə bilsin. Mütəxəssis “BlackBerry” smartfonlarının yüksək təhlükəsizlik dərəcəsini xüsusilə qeyd edib: "RIM” şirkəti çox yaxşı proqram təminatı hazırlayıb. Standart sazlama həyata keçirildikdə fayllar həmişəlik silinir".

“Android” əməliyyat sistemi ilə işləyən smartfonlar kifayət qədər pis  nəticə göstəriblər. Mütəxəssisin fikrincə, bu qurğuları onlarda istifadə olunmuş daşıyıcılarla birlikdə satmaq təhlükəlidir, buna görə də onları çıxartmaq tövsiyə edilir.
 
EMİL
 




Baxış sayı: 1935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024