12px13px15px17px
Tarix:02/04/12

“Facebook” sosial şəbəkəsinin öz axtarış sistemi olacaq

“Facebook”un tərtibatçılar komandası “Google” şirkətinin keçmiş mühəndis-proqramçısı Lars Rasmussun rəhbərliyi altında sosial şəbəkə üçün axtarış sisteminin yaradılması üzərində çalışırlar. Hazırlanacaq axtarış sistemi sayəsində istifadəçilərin şəbəkə daxilində status və mesajlar üzrə axtarış aparması asanlaşacaq.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Facebook”un axtarış sisteminin hazırkı versiyası “Microsoft” korporasiyasının “Bing” texnologiyasına əsaslanır. Sosial şəbəkə üçün yaradılacaq axtarış sistemi  konkret istifadəçi üçün əhəmiyyətli informasiyanı tapmağa imkan verəcək.

Məsələn, yaxşı restoran tapmaq istəyən şəxsə sistem yalnız ən populyar deyil, həm də onun idarəsinə daha yaxın olan nəticələri təqdim edəcək.Beləliklə, “Facebook” sosial şəbəkəsində yeni axtarış sistemi yaradılacaq.




 
EMİL
 




Baxış sayı: 1813

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024