12px13px15px17px
Tarix:03/04/12

İİN-in şöbə müdiri Rövşən Ataşov: «Ezamiyyətdə olan əməkdaşlarımız avtomatik sistem tərəfindən əvəz olunur»

«Azərbaycanda ilk dəfə olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron imzanın lokal sertifikasiya mərkəzi yaradılması təmin edilib. Üstəlik, ilk dəfə olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron imzanın elektron sənəd üzərində vizuallaşdırılması tətbiq olunub».

Bu fikirləri "İCTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin Ümumi şöbəsinin müdiri, Elektron idarəetmə sistemi üzrə işçi komissiyanın rəhbəri Rövşən Ataşov söyləyib.

O bildirib ki, İİN hətta ölkədə birinci dəfə olaraq  birbaşa (onlayn) video qəbulu sistemi tətbiq edib və bu sistem uğurlu şəkildə istifadə edilməkdədir: «Bütün bu sistemin tətbiqində əsas hədəf isə Azərbaycanın inkişafı və iqtisadiyyatımızın daha da səmərəli və çevik idarə olunmasıdır».

Şöbə müdiri onu da əlavə edib ki, hətta nazirlik əməkdaşının ezamiyyətə getməsi də qurumda sənəd dövriyyəsinin iş rejimini pozmur: «Çünki əməkdaşın öz iş yerindən uzaqda olması, onun öz vəzifə borcunu yerinə yetirməsi üçün maneəyə çevrilmir.

Bunun üçün o, qlobal şəbəkəyə qoşulur və identifikasiyadan keçərək, lazım olan bütün hərəkətləri həyata keçirə bilir. Bu imkanlar "mobil iş yeri" adlanan bir anlayışı meydana gətirir. Məzuniyyətdə olan əməkdaşlar sistem tərəfindən avtomatik əvəz olunur».


SEYMUR
 




Baxış sayı: 1916

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024