12px13px15px17px
Tarix:03/04/12

“HDD” sənayesi bərpa olunur

2011-ci ildə “HDD” sənayesində bəzi problemlər yaşandı. Belə ki,  2010-cu illə müqayisədə sərt disk tədarükləri 4,5% azaldı. Lakin “International Data Corporation” (IDC) mütəxəssisləri qeyd ediblər ki, yaxın bir neçə ay ərzində   “HDD” sənayesi keçən ildə baş vermiş təbii fəlakət nəticələrinin  öhdəsindən tamamilə gələcək.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, 2012-ci ilin ikinci yarısından etibarən sərt disklərin və onların komponentlərinin istehsal həcmi əvvəlki səviyyəsini bərpa edə biləcək. Mütəxəssislərin yeni proqnozuna əsasən, 2012-ci ildə sərt disklərin illik təchizat həcmi 7,7% artacaq, 2011-2016-cı illər ərzində isə illik orta artım sürəti (CAGR) 9,6% təşkil edəcək.

Məlumat üçün bildirim ki, Taylandda baş vermiş daşqından sonra “HDD” sənayesində yaranmış tələbat və təklif tənasübsüzlüyünə görə sərt disklər nəzərə çarpacaq dərəcədə bahalaşmışdı.

“IDC” analitik şirkəti hesab edir ki, 2012-ci ildə “HDD” satışlarından əldə edilən mənfəət sərt disklərin tədarük həcmlərinin sayı ilə müqayisədə daha sürətli artacaq.
 
EMİL
 




Baxış sayı: 1313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024