12px13px15px17px
Tarix:03/04/12

“Facebook” sosial şəbəkəsi öz əlavəsini yeni “iPad” planşeti üçün optimallaşdırıb

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook“ öz əlavəsini yeni “iPad” planşet kompyuteri üçün optimallaşdırıb. Məlumat üçün bildirim ki, yeni “iPad” planşet kompyuteri “Retina” ekrana malikdir.
“İCTnews” elektron xəbər xidməti bildirir ki, üçüncü nəsil “iPad” planşet kompyuterinin əsas xüsusiyyəti yüksək ayırdetmə dəqiqliyinə malik “Retina” ekran olub.

Bu ekran 2048x1536 nöqtə təsvir ölçüsünə malikdir. “Apple” şirkətinin nümayəndələri təqdimat zamanı bildiriblər ki, mövcud əlavələrin yeni ekranda düzgün əks olunması üçün tərtibatçılar nəsə etməli olmayacaqlar.

Bununla belə ekranın yüksək ayırdetmə dəqiqliyi tərtibatçılar qarşısında yeni imkanlar açır; belə ki, detallaşdırmanın, şrift və fotonun keyfiyyətini artırmaq mümkündür. “Evernote”, “Kindle” və “Vimeo” kimi bir sıra məşhur xidmətlər artıq yeni “iPad” planşetinin imkanlarını nəzərə alaraq öz əlavələrini yeniləyiblər.

Məlumat üçün bildirim ki, hazırda “Facebook”un auditoriyası 845 milyonu ötür. Onların yarısı sosial şəbəkənin mobil xidmətlərindən istifadə edirlər. “Facebook” sosial şəbəkəsi “iPad” planşeti üçün rəsmi əlavəsini keçən ilin oktyabrında çıxarıb.


 
EMİL




Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024