12px13px15px17px
Tarix:03/04/12

Yeni yaradılmış yalan detektoru həqiqəti gözlər vasitəsilə bilir

Baffalo Universitetinin amerikalı alimləri həqiqəti gözlər vasitəsilə bilən yalan detektorlarının yeni növünü yaradıblar. Yaradılmış xüsusi proqram veb-kamera vasitəsilə sınağa çəkilən insanın göz almalarının hərəkətini  qeyd edir, onları təhlil edir və fikirlərin yalançılığını 80%-dən yuxarı dəqiqliklə müəyyən edir.
Yeni üsul 40 könüllü üzərində sınaqdan keçirilib.

Onları əvvəlcə təcrübəli müstəntiq bu və ya digər fikirlərin doğruluğunu təyin etmək üçün "sorğu-sual edib", sonra isə yalan detektoru sınaqdan keçirilib. Təcrübənin sonuna yaxın məlum oldu ki, müstəntiq 60% halda, lakin yalan detektoru 82,5% halda yalanları müəyyən edib.

Qurğunun yaradıcıları hesab edirlər ki, onu hələ çoxlu könüllülər üzərində sınaqdan keçirmək lazımdır, lakin qurğunun dəqiqliyi artıq indidən  heyrətləndiricidir.



 
EMİL
 
 




Baxış sayı: 2609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024