12px13px15px17px
Tarix:06/07/11

“Azərpoçt” MMC lokal tipli plastik kartlar təqdim edəcək

“Azərpoçt” MMC plastik kartların emissiyası vasitəsilə plastik kartlar bazarına inteqrasiya etməyi nəzərdə tutur. Hal-hazırda “MilliKart” MMC prossesinq mərkəzi ilə “Azərpoçt” MMC- nin korporativ-informasiya sistemi arasında qarşılıqlı əlaqənin yaradılması tam olaraq başa çatıb. Cari ilin sonunadək “Azərpoçt” MMC lokal tipli plastik kartları öz müştərilərinin istifadəsinə təqdim etməyi planlaşdırır. Hal-hazırda 300-dən çox lokal tipli əmək haqqı kartı “Azərpoçt” MMC tərəfindən emissiya edilərək Baş idarənin və bəzi tabe müəssisələrin əməkdaşlarına təqdim edilib. Qeyd edək ki, plastik kart bazarına iddialı olan müəssisə “MilliKart” MMC prossesinq mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalayıb.



Baxış sayı: 1171

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024