12px13px15px17px
Tarix:04/04/12

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası lotereya keçirir

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan “Ailə TV” “Ailə-yə qoşul - LCD TV qazan” lotereyasını davam etdirir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən “Ailə TV”-nin mətbuat katibi Teymur Hacıyev bildirib ki, müddətsiz olaraq həyata keçirilən lotereya bütün rəqəmsal yayım abunəçilərinə 10 ədəd “LCD TV” televizor qazanmaq imkanı verir: ”Lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər və eyni zamanda “HD” yayım və rəqəmsal yayıma CAM modul üzərindən qoşulan abunəçilər iştirak edirlər.

Lotereyanın şərtlərinə əsasən, davamlı olaraq hər il keçiriləcək lotereyada hədiyyə qazanmayan abunəçilər növbəti tirajda iştirak edəcəklər. Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan “Smart card”-ın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur”.

Mətbuat katibinin sözlərinə görə, lotereya çərçivəsində ilk tiraj 2011-ci ilin 20 dekabr tarixində keçirilib: ”Həmin tirajda 10 nəfər abonent “LCD” televizor qazanıb. Lotereya hər bir abunəçi qalib olanadək davam edəcək.

Qeyd etmək lazımdır ki, abunəçilərin istək və təkliflərinə daima diqqətlə yanaşan  "Ailə TV" “Ailə-yə qoşul, LCD TV qazan” lotereyası ilə yanaşı, "Dost Gətir", "5 ay ödə, 1 ay pulsuz izlə", “Pulsuz rəqəmsal qəbuledici qazan” kimi həvəsləndirici aksiyaları da həyata keçirir və  aksiyalar bu gün də davam edir. "Ailə TV" öz siyasətinə sadiq qalaraq bütün abunəçilərinin televiziya və radio yayımdan güzəştli əsaslarla faydalanması üçün daima müxtəlif həvəsləndirici kampaniyalar keçirir və bu kampaniyalar gələcəkdə də davam edəcək”.
 
HƏQİQƏT




Baxış sayı: 1637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024