12px13px15px17px
Tarix:05/04/12

Gələn ay İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq

“Bu ilin may ayından etibarən İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq”. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunu İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur söyləyib. Onun sözlərinə görə, şəbəkənin hələlik birinci fazası işə salınacaq: “İlin axırınadək isə ikinci faza da fəaliyyətə başlayacaq.

Şəbəkədə daxili data mərkəzi, milli axtarış sistemi, milli “windows”, milli e-mail tezliklə yaradılacaq”. R.Tağıpur deyib ki, hazırda qlobal internetin zərərli tərəfləri çoxdur: “Bu da insanların mədəniyyətinə və əxlaqına mənfi təsir göstərir. Ona görə də bu, bir çox ölkələri buna alternativ internet şəbəkəsi yaratmağa məcbur edir”.

Məlumat üçün bildirək ki,  “milli internet” əvvəlcə Çində və Şimali Koreyada yaradılıb və fəaliyyət göstərir. İran internetin sürətinə görə isə 170 ölkə içərisində 164-cü yeri tutur. Eyni zamanda bu ölkədə internetdən istifadəyə görə ödənilən məbləğ dünyanın bütün ölkələrindəki qiymətlərdən daha bahadır. İran ərazisində internet istifadəçilərinin 84 faizi şəbəkəyə telefon vasitəsilə qoşulur. Məlumatlara görə, ölkənin 75 milyonluq əhalisinin yalnız 11 milyonu bu sistemdən yararlana bilir.
 
SEYMUR 




Baxış sayı: 1187

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024