12px13px15px17px
Tarix:06/07/11

“Twitter” şirkətinin dəyəri 7 milyard dollardır

“Twitter” şirkətinin dəyəri 7 milyard dollar qiymətləndirilib. “Twitter” şəxsi danışıqlar çərçivəsində investorlar qrupundan bir neçə yüz milyon dollar cəlb edə bilib, hansı ki şəbəkənin inkişafı üçün istifadə ediləcək. Məlumat üçün qeyd edək ki, 2010-cu ilin dekabrından “Twitter”in dəyəri praktik olaraq ikiqat artıb. 6 ay əvvəl “Twitter”in dəyəri 3,7 milyard dollar təşkil edib. 2009-cu ildə “Twitter”in dəyəri 1 milyard dolları keçmişdi.
Qeyd edək ki, bu günlərdə şəbəkə həmtəsisçisi Biz Stounun şirkətin operativ idarə etməsindən ayrıldığını bildirib. Daha əvvəl isə “Twitter”in digər yaradıcısı Evan Uilyams eyni addımı atmışdı. İndi şirkətin idarəetməsini 2010-cu ilin oktyabrında CEO vəzifəsini tutmuş baş direktor Dik Kostolo həyata keçirir. “EMarketer” şirkətinin qiymətləndirməsinə görə, bu il “Twitter”in reklam qazancı 3 dəfə artacaq və təxminən 150 milyon dollara çatacaq. Eyni zamanda “Facebook”da analoji göstərici 1,86 milyard dollar təşkil edir. 2010-cu ilin oktyabrında Uilyams bildirib ki, “Twitter”in məqsədi 1 milyard istifadəçi bazasına nail olmaqdır.



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024