12px13px15px17px
Tarix:06/04/12

Bu ildən sığorta müqavilələri internet vasitəsilə bağlana bilər

Maliyyə Nazirliyi bu ildən sığorta müqavilələrinin internet vasitəsilə onlayn bağlanmasına imkan verən yeni sistemin tətbiqinə başlamaq niyyətindədir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən nazirlikdən bildirilib ki, beynəlxalq təcrübədə artıq geniş yayılan bu sistemin Azərbaycanda da tətbiqinə təkan verən bir sıra amillər var.

Belə ki, elekton xidmətlərə keçidin sürətlənməsi nəticəsində digər sahələrdə olduğu kimi, sığorta sahəsində də müqavilələrin onlayn bağlanması geniş yayılmaqdadır. Yeni sistemə keçidi dəstəkləyən başlıca amil isə artıq Azərbaycanda “Elektron imza”dan istifadəyə başlanmasıdır.

Azərbaycanın sığorta bazarındakı vəziyyətə gəlincə, hazırda respublikada 28 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan 3-ü həyat sığortası, qalan 25-i isə qeyri-həyat sığortası şirkətləridir.

Sığorta müqavilələrinin bağlanmasına və sığorta tələblərinə (sığorta hadisəsi baş verdikdə sığortalı tərəfindən sığortaçı qarşısında qaldırılan, sığorta ödənişi verilməsi haqqında tələb) dair məsləhətlər verən fiziki və ya hüquqi şəxslərin - brokerlərin sayı isə 13-dür. Hazırda Azərbaycanın sığorta bazarında fiziki və hüquqi şəxs sığorta brokerləri fəaliyyət göstərirlər ki, reyestrə daxil edilmiş brokerlərin də 6-sı fiziki şəxs, qalan 7-si isə hüquqi şəxs sığorta brokerləridir. 
 
HƏQİQƏT




Baxış sayı: 1462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024