12px13px15px17px
Tarix:06/07/11

“Facebook”dan naməlum yenilik

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” bu gün yeni funksiyanın təqdimatını edəcək. Saytın yaradıcısı və rəhbəri Mark Sukerberq yeniliyi “heyrət yaradacaq bir şey” kimi xarakterizə edib.
“Facebook” nümayəndələri anonsun predmetini çox gizli saxlayırlar. Lakin hazırlanan xidmətlə bağlı şayiələr artıq internetə yol tapıb və ciddi müzakirə mövzusuna çevrilib. “TechCrunch” texnobloqunun məlumatına görə, çox güman ki, sosial şəbəkə videoçat funksiyasını təqdim etməyə hazırlaşır. Yeni xidmətin “Skype” internet-telefoniya xidməti ilə birgə hazırlandığı bildirilir. Amma bu, versiyalardan yalnız biridir və “Facebook”un başqa yeniliyi təqdim edəcəyi də istisna deyil. Mark Sukerberq bildirib ki, layihəni Sietldəki ofisin əməkdaşları hazırlayıblar. “TechCrunch” isə yazır ki, “Facebook”un bu bölməsi mobil platformalarla məşğul olur. Bu baxımdan, yeni layihənin mobil əlavə ilə bağlılığı mümkündür.
Müxtəlif mənbələrin məlumatına görə, “TechCrunch” “Apple iPAD” planşet kompyuteri üçün xüsusi əlavə hazırlayıb. Lakin “TechCrunch” hesab edir ki, bu əlavənin bu gün istifadəyə verilməsi az inandırıcıdır. Bundan başqa, sosial şəbəkə və kənar mütəxəssislər artıq bir neçə aydır ki, “Spartan” layihəsi üzərində işləyirlər. Bu layihə “HTML5” veb-standartı əsasında mobil əlavəni özündə əks etdirir. Lakin “TechCrunch”un mənbələrinin məlumatına görə, bu layihə iyulun ortalarından tez hazır olmayacaq. Yeni “heyrətamiz layihə”yə namizədlərdən biri də “Facebook”un fotolarla işləmək üçün mobil əlavəsidir. Bu barədə informasiya da internetdə bir müddət əvvəl yayılıb.
“TechCrunch”un məlumatına görə, iyunda “Facebook” istifadəçilərinin sayı 750 milyon nəfəri ötüb. İnvestorların hesablamalarına görə, şirkətin dəyəri 70 milyard dollara çatır.



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024