12px13px15px17px
Tarix:09/04/12

İnsanlar internetdə daha çox nə işlə məşğul olur?

Beynəlxalq analitik qrupu insanların qlobal şəbəkəyə daxil olduqda nə işlə məşğul olduqları və hansı məşğuliyyətlərin internetdə ən populyar olduğu sualına cavab verib. Keçirilmiş sorğuda dünyanın 24 ölkəsindən 19 mindən çox insan iştirak edib.

"İCTnews.az" elektron xəbər xidməti bildirir ki, sorğuda iştirak edənlərin 60 faizi bildirib ki, onlar internetə maliyyə əməliyyatlarını (bank hesabının yoxlanması, xidmətlərin ödənilməsi və s.) həyata keçirmək üçün daxil olurlar.

İnternet-bankinqin İsveçdə populyar olduğu qeyd edilib; belə ki, bu ölkənin 90 faiz yaşlı əhalisi şəxsi maliyyə hesablarını qlobal şəbəkə vasitəsilə tənzimləyirlər.

İnternetdə ən populyar məşğuliyyətlər reytinqində ikinci yerdə onlayn-şoppinq qərarlaşıb; sorğuda iştirak edənlərin 48 faizi müxtəlif internet mağazalardan müntəzəm olaraq satınalmalar həyata keçirirlər.



EMİL




Baxış sayı: 1745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024