12px13px15px17px
Tarix:09/04/12

Ali təhsil müəssisələri üçün kampuslar və texnoparklar yaradılacaq

İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi sahəsində təhsilin hər pilləsi üzrə əsas hədəflərini müəyyənləşdirən Təhsil Nazirliyi ali təhsil müəssisələri üçün universitet şəhərcikləri - kampuslar və müvafiq texnoparkların yaradılmasını nəzərdə tutur.

Bundan başqa, nazirliyin gələcək hədəflərində ali təhsil müəssisələrinin təhsil - tədqiqat - innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən standartların yaradılması da planlaşdırılır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, qabaqcıl beynəlxalq təcrübə əsasında pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə müasir təhsil proqramlarının (kurrikulumların) hazırlanmasının təmin edilməsi də nəzərdə tutulur.

Bundan başqa, pedaqoji profilli ali təhsil müəssisələrinin təhsil proqramlarında (kurrikulumlarında) pedaqoji ustalığı təmin edən, tətbiqi aspektlərə yönələn yanaşmalara, fəal-interaktiv təlim texnologiyalarına daha geniş yer veriləcək. Digər hədəflər sırasında müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi, ali məktəblərə qəbul mexanizminin təkmilləşdirilməsi də yer alıb.

Bu pillənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması da gələcək planlar sırasındadır. Belə ki, beynəlxalq təcrübədə şagirdin nailiyyətləri il ərzində müstəqil qurumlar tərəfindən test üsulu və esse yazmaqla qiymətləndirilir, nəticəsi ona yazılı surətdə təqdim olunur.

Bunun əsasında abituriyent seçdiyi ali məktəblərə müraciət edir. Həmin ali məktəblər qiymətləndirmənin nəticəsi, abituriyentin əvvəlki təlim nailiyyətləri əsasında ona qəbul olub-olmaması barədə bildiriş göndərir.

Yalnız bundan sonra abituriyent ona müsbət cavab göndərən ali məktəblərdən birini seçir. Bu pillə üzrə nəzərdə tutulan işlərdən biri də ali təhsilin keyfiyyətini yüksəltmək məqsədilə mütəxəssis hazırlığı aparılan bütün mərhələlər üzrə tələbələrin ali məktəblərə qəbuluna nəzarət - daxilolma nəzarəti, imtahan sessiyasının keçirilməsinə nəzarət - aralıq nəzarəti, tələbələrin yekun dövlət attestasiyasına nəzarət - buraxılış nəzarəti monitorinqlərin keçirilməsi və bu prosesə ictimaiyyətin geniş cəlb olunmasıdır.

Nazirlik ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsini, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara onların fəal cəlb olunmasına şəraitin yaradılmasını da davam etdirəcək.
 
HƏQİQƏT



Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024