12px13px15px17px
Tarix:09/04/12

“Vikipediya” artıq mürəkkəb axtarış sorğularını emal edə biləcək

Kalyari Universitetində çalışan dosent Maurisio Atsori və Los-Ancelesdə yerləşən Kaliforniya Universitetində işləyən professor Karlo Saniolo “SWiPE” adlı xüsusi modul hazırlayıblar. Bu modul sayəsində “Vikipediya” internet-ensiklopediyasının axtarış sistemi daha mükəmməl olacaq.

“İCTnews.az” elektron xəbər xidməti “pitbut.ru” saytına istinadən bildirir ki, məsələn, istifadəçilər "son 25 il ərzində “Oskar” mükafatını alan 30 yaşa qədər aktyorların siyahısı" sorğusuna dair dərhal nəticə əldə edəcəklər. Məlumat üçün bildirim ki, “SWiPE” modulu “DBpedia” layihəsi əsasında hazırlanıb və texniki çətinlik səbəbindən adi istifadəçilər üçün əlçatmazdır.

Tərtibatçılar hazırladıqları modulu Fransanın Lion şəhərində keçiriləcək “World Wide Web 2012” sərgisində təqdim etməyə hazırlaşırlar. Modulun “Vikipediya”ya inteqrasiya edilməsi müddəti haqqında hələ ki informasiya yoxdur.
 


EMİL




Baxış sayı: 1534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024