12px13px15px17px
Tarix:09/04/12

İT sahəsində ən yüksək maaş alan baş direktor kimdir?

“Apple” şirkətinin rəhbəri Tim Kuk 2011-ci ilin nəticəsinə görə, ən yüksək maaş alan baş direktor olub. Bu barədə “Equilar” firmasının tədqiqat nəticələrinə istinad edən “The New York Times” qəzetinin bazar nəşrində qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, "alma imperiyası”nın direktoru ümumilikdə 378 milyon dollar əldə edib. Bu məbləğə əmək haqqı, güzəştlər və bonuslar (təxminən 1,8 milyon dollar) daxildir. Məlumat üçün bildirim ki, 2011-ci ildə “Apple” şirkətinin direktoru olan Tim Kuk şirkətin 1 milyon səhminə sahib olub. O, səhmlərin yarısını artıq 5 ildən sonra sata bilər, digər hissəsini isə yalnız 10 ildən sonra, yəni 2021-ci ildə sata bilər.

Maraqlısı odur ki, Tim Kuk öz səhmlərini satan zaman gərək “Apple” şirkətinin əməkdaşı olsun.
“Oracle” şirkətinin baş direktoru Larri Ellison isə ən yüksək maaş alan baş direktorlar siyahısında ikinci olub; 2011-ci ildə onun mənfəəti  77,6 milyon dollara bərabər olub.


 
EMİL




Baxış sayı: 1380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024