12px13px15px17px
Tarix:10/04/12

Əsgərlər yüksəktexnologiyalı hərbi forma ilə təchiz ediləcəklər

Son illərdə dünyanın müxtəlif ölkələrinin hərbçiləri daha çox yüksəktexnologiyalı qurğular ilə təchiz edilməyə başlayıblar. Həmin qurğular isə müxtəlif tapşırıqların icrasını nəzərə çarpacaq dərəcədə asanlaşdırır və əsgərlərin effektivliyini artırır.

Lakin xeyli sayda naqil və batareyaların mövcudluğu hərəkətliliyi aşağı salır. Britaniyanın "İntelligent Textiles" şirkəti elektrik keçirici liflərə malik parçadan hazırlanmış hərbi forma nümunəsi istehsal etməklə vəziyyəti düzəltməyə qərar verib.

"İCTnews.az" elektron xəbər xidməti "pitbut.ru" saytına istinadən bildirir ki, hərbi forma 1 "qida" mənbəyinə malikdir və bütün qurğular üçün vahid simsiz çıxış nöqtəsi rolunu oynayır. Elektrik keçirən lif yalnız qoşulan qurğuları qidalandırmır, həm də məlumatları ötürür. Xüsusi texnologiya parça hansısa bir yerdə cırılsa və elektrik keçirən liflərin bir hissəsi zədələnsə belə siqnalı alternativ marşrutlar üzrə yönləndirməyə imkan verir.

Hazırda yeni hərbi formanın sınaqdan keçildiyi bildirilib. Sınaqlar mayda bitməlidir və ilin sonuna kimi Böyük Britaniyanın Kral hərbi hava qüvvələrinin əsgərləri yeni formanı birinci geyinməlidirlər.
 
EMİL




Baxış sayı: 5756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024