12px13px15px17px
Tarix:10/04/12

İran ərazisində London Olimpiadasının saytı blok edilib

"Olimpiada-2012"-nin rəsmi saytı İran internet istifadəçiləri üçün əlçatmaz olub. Bu barədə mikrobloqlarda dərc edilmiş mesajlara istinadən "BBC News" məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Londonda keçiriləcək olimpiya oyunları saytının əvəzinə "peyvandha.ir" resursu açılır.

Bu resursda rəsmi İran xəbər agentliklərinin xəbərləri dərc edilir. Ölkə ərazisində blok edilmiş resurları göstərən "BlockedInIran" xidməti Olimpiadanın saytının əlçatmazlığı haqqında məlumat verib.

İranın xarici işlər naziri "BBC" nəşrinə saytın blok edilməsinə dair heç bir məlumat verməyib. Nəşr qeyd edir ki, ölkə ərazisində internet resurslara çıxış imkanının məhdudlaşdırılması ilə bağlı bir neçə təşkilat məşğul olur. Bununla əlaqədar Olimpiadanın saytını məhz kimin və hansı səbəbdən bloklamasını müəyyən etmək çətindir.
 
 

EMİL




Baxış sayı: 1826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024