12px13px15px17px
Tarix:10/04/12

Dənizkənarı Milli Park “Wi-Fi” simsiz şəbəkəsi ilə tam əhatə olunacaq

 Dənizkənarı Milli Park "Wi-Fi" simsiz şəbəkəsi ilə tam əhatə olunacaq. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə açıqlamasında "Romsat" şirkətinin Rəqəmsal televiziya sektorunun rəhbəri Oleq Kuş bildirib. Onun sözlərinə görə, layihənin miqyası olduqca genişdir, onun reallaşdırılması üzrə texniki tapşırıq artıq "Romsat" tərəfindən alınıb və qiymətləndirmə aparılır.

Dənizkənarı Milli Parkın "Wi-Fi" simsiz şəbəkəsi ilə əhatə olunması yaxın vaxtlarda gözlənilir. "Wi-Fi" texnologiyası üzrə simsiz rabitəyə çıxış istifadəçilər üçün ən münasibidir. Belə ki, bazarda bu standartı dəstəkləyən çoxlu qurğular (noutbuk, telefon, smartfon) var.

"Romsat" şirkətinin Azərbaycan bazarına yenicə çıxmasına baxmayaraq, bu gün artıq bir sıra layihələr reallaşdırılıb. Azərbaycan bazarı, xüsusən Bakı bizə çox maraqlıdır. Biz baş stansiyalar və kontentin formalaşdırılması üçün avadanlıqların tədarük edildiyi Azərbaycanın iri kabel televiziya operatorları ilə əməkdaşlıq edirik", – o deyib.

Qeyd edək ki, "WiFi" – kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud internetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə internet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir.

Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş noutbuk, cib kompyuteri, veb-kamera sahibləri "WiFi" birləşmədən istifadə edə bilərlər.

"WiFi"-ın üstünlükləri

- Simsiz əlaqə

Telefon və ya digər simli əlaqə vasitələrindən istifadə edilməsinin tələb olunmadığı şəbəkə simsiz "WiFi" texnologiyası üzərində qurulmuşdur. Məlumatların ötürülməsi hava ilə, insanlara təsir etməyən və elektron avadanlıqları üçün maneə yaratmayan çox alçaq tezlikdə yerinə yetirilir.

- Yeni üfüqlər

Bu, hər şeydən əvvəl – mobillikdir. Siz daha öz iş yerinizlə bağlı deyilsiniz və bu zaman bazalar, elektron poçt, həmkar və dostlarınızdan ayrılmırsınız.
- Bir sıra mobil imkanlar

Siz simli rabitə vasitələrindən asılı olmadan və əhatə dairəsində əlaqənin pozulmasından narahat olmayaraq sərbəst şəkildə kompyuterinizin yerini dəyişmək imkanına maliksiniz.

- İnternetə yüksəksürətli qoşulma

Abonentlər üçün internetə yüksəksürətli qoşulma imkanı yaranır. Bu zaman zəngə, birləşmənin qurulmasına və s. ehtiyac duyulmur. Siz həmişə onlayn rejimdə olursunuz və sizə internetə giriş üçün sadəcə olaraq brauzeri açmaq kifayət edir.

- Bütün növ şəbəkədaxili məlumat mübadiləsi

Sizin şəbəkədaxili ünsiyyətiniz heç nə ilə məhdudlaşdırılmır. Siz istənilən faylları ötürmək, ünsiyyətdə olmaq, şəbəkə oyunları oynamaq və s. imkanlarınız var.


RƏVAN



Baxış sayı: 2732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024