12px13px15px17px
Tarix:10/04/12

Laboratoriyaların akkreditasiyası elektron qaydada aparılacaq

Milli Akkreditasiya Sistemində sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası elektron qaydada aparılacaq. Artıq bunun üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) Akkreditasiya üzrə E-xidmətlər fəaliyyətdədir.

Bu məqsədlə komitənin rəsmi saytında yerləşdirilən elektron xidmətlər bölməsi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin fərmanına uyğun olaraq hazırlanıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-dan məlumat verilib. Komitədən qeyd edilib ki, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiya olunması üçün müvafiq sənədlər təqdim olunmalıdır.

Belə ki, buraya uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) akkreditasiya olunması üçün sifariş,  sınaq və kalibrləmə laboratoriyasının pasportu, uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) Əsasnaməsi, uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) keyfiyyət üzrə rəhbərlik sənədi daxildir.

Bunun üçün sənədlərə uyğunluğun qiymətləndirilməsi orqanının (sınaq və kalibrləmə laboratoriyasının) akkreditasiya sahəsi və lazım olduğu hallarda orqanın fəaliyyət sahəsinə uyğun olaraq digər sənədlər də tələb oluna bilər: ”Müraciətlər, ərizələr və sənədlər “e_xidmet@azstand.gov.az” elektron poçt ünvanı vasitəsilə qəbul olunur və müvafiq qaydada icra olunur. Sənədlərin skan edilmiş surətləri elektron formada qəbul olunur,  zəruri hallarda həmin sənədlərin əsli də tələb oluna bilər”.

Komitədən qeyd edilib ki, milli akkreditasiya sistemində sertifikatlaşdırma orqanlarının (keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin), inspeksiya fəaliyyəti ilə məşğul olan orqanların akkreditasiyası üzrə də elektron xidmətlər göstərilir. Bunun üçün də müvafiq sənədlərin təqdimi vacibdir.

Bu sənədlərə uyğunluğun qiymətləndirilməsi orqanının akkreditasiya olunması üçün sifariş, uyğunluğun qiymətləndirilməsi orqanının Əsasnaməsi, uyğunluğun qiymətləndirilməsi orqanının keyfiyyət üzrə rəhbərlik sənədi daxildir.

Sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması üçün uyğunluğun qiymətləndirilməsi orqanının akkreditasiya sahəsi və lazım olduğu hallarda orqanın fəaliyyət sahəsinə uyğun olaraq digər sənədlərin də tələb edilməsi istisna olunmur: ”Bu zaman da müraciətlər, ərizələr və sənədlər “e_xidmet@azstand.gov.az” elektron poçt ünvanı vasitəsilə qəbul edilir və müvafiq qaydada icra olunur. Sənədlərin skan edilmiş surətləri elektron formada qəbul olunur,  amma zəruri hallarda həmin sənədlərin əsli də tələb oluna bilər”. 
 
HƏQİQƏT




Baxış sayı: 1637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti