12px13px15px17px
Tarix:10/04/12

“Facebook”da eşqbazlığa görə arvadının məşuqunu öldürdü

Pindun əyalətinin 34 yaşlı sakini həyat yoldaşı ilə onun virtual tanışlarından biri arasındakı yazışmanı oxuduqdan sonra həmin şəxsi öldürmək qərarına gəlib. Qısqanc ərin sözlərinə görə, arvadı və onun sosial şəbəkə dostu açıq-aşkar “oynaqlaşırmışlar”.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən  bildirir ki, ər və virtual məşuq yerli qəlyanaltılardan birinin yaxınlığında münasibəti aydınlaşdırmağa qərar veriblər.

Qısqanc ər öz yoldaşının virtual məşuqunu iki dostu ilə birgə gözləyib. Onlar görüşə gəlmiş hədiyyə mağazasının 40 yaşlı sahibini amansızcasına döyüblər, lakin o, aldığı zərbələrdən sonra ölüb. Qətlə səbəb olan xanım isə bildirib ki, qurban ilə real həyatda heç vaxt görüşməyib, onlar yalnız “Facebook” vasitəsilə əlaqə saxlayıblar.
 






EMİL 
 




Baxış sayı: 1550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024